Azərbaycan özünü tikinti materialları ilə 100 faiz təmin etmək istəyir
2019-04-30 18:35:28

Azərbaycan yaxın illərdə özünü tikinti materialları ilə 100 faiz təmin etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən IV Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı deyib.

N.Səfərovun sözlərinə görə, son vaxtlarda Azərbaycanda tikinti sənayesinin inkişafı nəinki bu sahədə müasir müəssisələrin yaradılmasına, eləcə də tikinti materialları ilə özünü təminatı artırmağa imkan verib.

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan sement, kərpic kimi bir çox tikinti materialları ilə özünü tam təmin edir, digər məhsulları üzrə də göstərici buna yaxındır:

"Son illərdə Azərbaycanda tikinti materiallarının istehsalı 47 faiz, o cümlədən sement - 24 faizdən çox, inşaat-beton qurğuları - 60 faizdən çox, tikinti kərpici - 48 faiz, hazır beton qarışığının istehsalı isə 96 faizdən çox artıb".


Son yazt